Veb Saytların hazırlanması

İlkin Vəliyev

Veb Proqramçı

İlkin Vəliyev

Veb Proqramçı

Blog Səhifəsi

Beyinə fərqli formalarda təsir edən 5 kitab

Yanvar 01, 1970
Creativity Is More Than

Bu mətndə elm adamları tərəfindən tövsiyyə edilən,insan beyninə fərqli formalarda təsir edən kitabları görəcəksiniz.Bu kitablar motivasiya, öz inkişaf başlığı altında satılmasa da insana fərqli baxış bucağı qazandırmaqda çox faydalıdır.

Ədəbiyyatın hər bir insan üzərində zehnləri rahatladıcı bir təsiri vardır.Hər bir roman insanlar tərəfindən fərqli anlaşıla bilir.Bu təsirlər üzərində araşdırmalar edən elm adamları, bəzi romanların insan beynini inkişaf etdirdiyini,kəskinləşdirdiyini ,varlıq səbəblərini araşdırmağı , düşünməyi asanlaşdırdığını müəyyən etmişlər.

Bu kitablar ilə tanış olaq.

1.Goethe - Gənc Verterin iztirabları

Genç Werther'in Acıları Konusu ve İncelemesi | ÖzetiVar

 "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur.

2.Jane Austen - Qürur və Qərəz

Bakıda 5 AZN Ceyn Ostin-Qürur ve qerez: Kitab, jurnal, CD, DVD ...

Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ən başlıcası isə odur ki, yazıçı bütün başqa qələm sahiblərindən fərqli olaraq oxucusunun psixi-emosional dünyasına təcavüz edib, onun hiss və duyğularıyla oynamır. Hadisələr romantik, sakit bir axarda cərəyan edir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

3.Sun Tzu - Hərb Sənəti

Hərb Sənəti - Sun Tzu

İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.

Qədim dünyanın müharibə texnikasına, hiylə­gər­lik­lərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir.

4.Qustav Flober -  Madam Bovari

9788610013368: Gospodja Bovari - AbeBooks - Flober, Gistav: 8610013367

XIX əsrdə Fransada realizm məyusluğun övladı kimi dünyaya gəlmişdi. O dövrün insanları qardaşlıq və azadlıq xülyalarını artıq itirmişdilər. Romantizm öz yerini daha səmimi və daha gerçək olan realizmə verməyə hazırlaşırdı və “Madam Bovari” əsəri bu keçid dövründə atılan mühüm addımlardan birinə ­çevrildi.

Sonralar romanın baş qəhrəmanı Emma Bovarinin hər şeydən narazı xasiyyətinin nəticəsi kimi məmnuniyyətsizliyi, reallıqla fantaziya arasındakı sərhədi təyin etmək bacarıqsızlığını bildirən “bovarizm” termini meydana gəldi. Floberin fikrincə, “bovarizm” romantik ideyaların gerçəkliyin xırda hadisələri ilə görüşündən törəmişdir.

5.Lev Tolstoy - Anna Karenina

Kitab Anna Karenina-2 Cilt Kutulu | Lev Nikolayeviç Tolstoy ...

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

Anna Karenina obrazı çox ziddiyyətlidir. Həyatı alt-üst olduğu üçün oxu­cunun ona yazığı gəlir, oynaşından ötrü öz oğlunu atdığı üçünsə oxucu ona nifrət edir.

 

Xoş mütaliələr!

0 Şərh
Şərh bildir