Veb Saytların hazırlanması

İlkin Vəliyev

Veb Proqramçı

İlkin Vəliyev

Veb Proqramçı

Blog Səhifəsi

Pomodoro texnikası ilə zamanı idarə etməyin asan yolları.

Aprel 21, 2020
Creativity Is More Than

Son zamanlarda diqqətimizi çalışdımız işə verməkdə çətinlik çəkirik.Bunun üçün də motivasiya olmaq üçün yeni metodlar araşdırmağa başlıyırıq.Bunlardan ən popular olanı pomodoro texnikasıdır.

Test edənlər tərəfindən müəyyən edilmişdir ki,bu taktika həqiqitəndə işə yarayır.Bu üsul ilə çalışacağımız işi və zamanı müyyənləşdiririk və verimli işləməkdən zövq alırıq.

Pomodoro nədir?

Pomodoro Texnikası 1990-cı illərin əvvəllərində tərtibatçı, təşəbbüskar və müəllif Francesco Cirillo tərəfindən icad edilmişdir.
Bu 25 dəqiqəlik işləmək və 5 dəqiqəlik fasilələrdən ibarət olan bir taktikadır.Bu sistemdə hər 30 dəqiqə bir "Pomodoro" adlanır.

Bu metodun üstünləri ondan ibarətdir ki,biz 25 dəqiqə boyunca ətrafımızda diqqətimizi dağıda biləcək bütün məsələlərdən uzaq qalırıq və işimizə fokuslana bilirik.Və təyin etdiyimiz vaxt qısa olduğu üçün qarşımıza qoyduğumuz taprışıqları çox tez yerinə yetirməyə çalışırıq.

Fasilə müddətimiz isə cəmi 5 dəqiqədən ibarət olduğu üçün diqqətimiz dağılmır və biz yenidən işə davam etdikdə heç bir vaxt itkisi yaşamırıq.Amma beynimiz lazım olan istirahəti etmiş olur.

Bu texnikaya başlamadan əvvəl görəcəyimiz işi neçə pomodoro-da edə biləcəyimizi əvvəlcədən təyin etməliyik.Və mütləq yanımızda fasilə olduğu zaman bildirimdən xəbərdar olmaq üçün saat qoymalıyıq.
 

8 saat çalışa bilmə imkanı

Pomodoro metodunun üstünlüklərindən biri gün içərisində fasilələr ilə 8 saat işləmə imkanı verməsidir.Bununla yanaşı çox daha ferqli olan bu üsul ilə işlədiyinizdə normal vaxtlar ilə müqayisədə daha az yorulduğumuzu hiss edirik.

İşləməyə başlamadan əvvəl ətrafınızdakı insanlardan sizə mane olmamalarını istəməlisiniz.Telefonunuzu səssizə alıb,bildirişləri bağlaya bilərsiniz.

Vaxtınızı düzgün şəkildə bölməyə çalışın.Çox çalışmağa deyil daha məhsudar olmağa cəhd edin.

0 Şərh
Şərh bildir